3 günlük körpə olarkən mehriban bir ailə tərəfindən övladlığa götürülən uşağın illər sonra bioloji ailəsinə qaytarılması inanılmaz hadisələrin başlanğıcı oldu.
AZİNFORM.AZ xəbər verir ki, Kristi və Jeff Foster cütlüyü erkən düşüklər səbəbiylə uşaq sahibi ola bilmirdilər.
Lakin yenə də valideyn olmaq fikrindən vaz keçmək istəmirdilər. O qədər uşaq istəyirdilər ki, bacarsalar, bütün uşaqları övladlığa götürüb, sahib olduqları hər şeyi onlara verəcəkdilər.
2014-cü ildə Fosterlərin həyatına yeni doğulmuş, 3 günlük bir körpə gəldi.
Cütlük övladlığa götürdükləri 3 günlük körpəyə “Toni” adını verir. 5 il ərzində hər şey çox yaxşı getdi. Toni palçıqla oynamağı, suya çınqıl atmağı və cizgi filmlərinə baxmağı çox sevən bir uşaqdı.
Çünki Uşaq Mühafizə Xidmətinin sosial işçisi cütlüyü Toninin bioloji valideynlərinin qəyyumluğu bərpa etməsinin mümkün olmadığına inandırmışdı. Buna görə də onlar çox rahat idi.
Fosterlər Toninin bioloji ailəsinin həbsdə olduğunu bilirdilər. Cütlük amerikalı bir uşağın yerli olmayan biri tərəfindən övladlığa götürülməsinin çətin olacağını bilə-bilə bu yola çıxmışdılar.
Sosial işçi Toninin öz mədəniyyətindən uzaq tutulmaması barədə də xəbərdarlıq etmişdi. Cütlük, həmçinin, Tonini mütəmadi olaraq “pow wowlar”a (Amerika əsgərləri ilə döyüşməzdən əvvəl hindlilərin toplanması ritualı) və bir çox digər tədbirlərə aparırdılar. Bəzən hətta bunun üçün uzun məsafəli səyahətlərə də çıxdırdılar. Toni də nağara çalmağı və rəqs etməyi sevirdi. Toni həm Kristi, həm də Jeffin ətrafı tərəfindən tamamilə qəbul edilmişdi.
Lakin bu xoşbəxt mənzərə 2018-ci ilə qədər davam etdi. Belə ki, həmin il Hindistan qəbilə məhkəməsi olan Qarğa Qəbilə Məhkəməsi Tonini Fosters ailəsindən götürüb doğma valideynlərinə qaytarmağa çalışdı.
Fosterlər yerli amerikalı olmadığı üçün onlara qəbilə məhkəməsi hakiminin qarşısına çıxmağa belə icazə verilmirdi və qəbilənin sosial işçisi vasitəsilə yazışmalı idilər. Hakim yerli amerikalı uşağını ağdərili ailəyə verməməkdə qərarlı idi və belə də etdi. Toni daha sonra bioloji ailəsinə, Renova Sra köçdü.
Toninin həbsdən çıxan bioloji valideynləri ilə görüş prosesi bir sosial işçi ilə nəzarət altında başladı. Nəzarət edilən ziyarətlər nəhayət nəzarətsiz ziyarətlərə çevrildi və tezliklə Toni Fosterlərdən alındı.
Bu prosesdə bioloji ailə aralarındakı bağın qırılmaması üçün Christy və Jeffə hər cür söz verdi. Dedilər ki, "Səni onun xaç atası olmağa icazə verəcəyik. Qoyarıq, ziyarətə gəl, səninlə bir həftəsonu keçirər. Onu tətilə aparmağa icazə verəcəyik".
Ancaq qəyyumluğa çatan kimi Fosterlərin Toni ilə telefon danışığına belə icazə vermədilər. Kristi və Jeff Tonynin çarpayısını və oyuncaqlarını götürmək istəyirdilər. Lakin onun bioloji ailəsi “Yataq və oyuncaqları gətirməyin, çünki onlar üçün yerimiz yoxdur” dedi.
Real mənzərə isə belə idi: Yatağı belə olmayan Toni yerdə uzanmışdı.
Kristi sosial işçi ilə daim təmasda olub, "Bir şey olarsa, onu geri alacağıq" deyirdi. Ancaq bütün bunlardan cəmi bir neçə ay sonra Tonidən pis xəbər gəldi.
2019-cu il noyabrın 21-də Toninin anası Stefani Qreys Byinqton və dostu Racso James Birdtail 911-ə zəng edərək oğlunun nəfəs almadığını bildirdilər. Polis evə gələndə bildirdilər ki, Toni hadisə yerində ölüb, uşağın bədənində qançırlar var. Ehtimal olunur ki, ayağı sınıb. Vanna da qan içində idi.
Bütün bunlara baxmayaraq, Toninin valideynləri olduqca rahat görünürdülər. Onların belə bir travmatik hadisəyə reaksiya verməməsi diqqətdən yayınmayıb. Daha sonra qəddar ana əri ilə oğlunu vanna otağında döydüyünü, daha əvvəl də oğlanı kəmər və elektrik naqilləri ilə vurduqlarını etiraf ediblər.
Həmçinin, Toni valideynləri tərəfindən aclıq və işgəncələrə məruz qaldı. Hakim Elizabeth Bestin fikrincə, Toni son günlərində ölümdən də betər bir həyat yaşadı.
5 yaşlı oğlunu rəsmən qətlə yetirən ailə iyulun 26-da ömürlük həbs cəzasına məhkum edilib. Onların dostu Birdtail hücuma görə 5 il, sübutları saxtalaşdırdığına görə isə 10 il həbs cəzasına məhkum edildi.
AZİNFORM.AZ