Klip çəkən qrupa basqın edərək qadınlara təcavüz etdilər
31-07-2022, 00:33

Silahlı şəxslər klip çəkən qrupa basqın edərək 8 qadına təcavüz ediblər.
 
AZİNFORM.AZ xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında baş verib.
Belə ki, Krugersdorp bölgəsində klip çəkən komandaya naməlum silahlılar tərəfindən hücum edilib.
 
8 qadının zorlandığını bildirən rəsmilər komandanın bəzi üzvlərinin qiymətli əşyalarının oğurlandığını qeyd edib.
 
Hadisəni törədənlərin tutulması üçün genişmiqyaslı araşdırmalara başlanılıb. /azxeber.com/




up