DİGƏR XƏBƏRLƏR
Gürcüstanda Tetri Araqvi vadisində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 8 nəfər ölüb.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.
Nazir həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
O, qəzanın səbəbinin müəyyən edilməsi üçün ekspertizanın aparılacağını bildirib.
Qeyd edək ki, həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.