Rusiya bu istiqamətdə qismən irəlilədi – Baş Qərargah
29-07-2022, 01:15

Rusiya Silahlı Qüvvələri Soledar və Verşina yaşayış məntəqələri istiqamətində taktiki mövqeyini qismən yaxşılaşdırıb, işğalçı qoşunları Baxmut istiqamətində qismən irəliləyib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda deyilir ki, iyulun 28-də Baxmut istiqamətində ruslar Berestovoq, Pokrovski, Soledar, Veseloy Dolina, Mayskovo, Konstantinovka, Semiqorya, Zayçerevo, Toreçka, Nelepovka, Nyu York ərazilərini atəşə tutub. Yakovlevka, Pokrovski və Veseloy Dolinaya isə hava zərbələri endirib.





up