İsraildən ŞOK AÇIQLAMA: İrana zərbələr endirilə bilər
26-07-2022, 23:37

İsrail nüvə silahı istehsalını məhdudlaşdırmaq məqsədilə İrana qarşı güclü zərbələr endirə bilər. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Beni Qants "Kanal 13"ün efirində verdiyi müsahibədə deyib.

O vurğulayıb ki, indi İran nüvə silahı əldə etmək cəhdləri ilə təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükədir.

“Sonda biz İran atomunun qarşısını almaq üçün güclü zərbə endirə bilərik”, - Qants bildirib.

Eyni zamanda, nazir əlavə edib ki, Qüds Tehrana təklif olunan yeni nüvə sazişindən narazıdır. İranın sanksiyalara görə müvəqqəti möhlət almaq və bununla da iqtisadiyyatını gücləndirmək şansı olacaq.





up