Beyləqanda sümük qalıqları aşkarlandı - Araşdırma aparılır
25-07-2022, 19:02

Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiya döyüş təyyarələrinin Ukrayna Hərbi Kəşfiyyatı tərəfindən qaçırılmağa cəhd edildiyini iddia edib.


AZİNFORM.AZ-ın xarici mediaya istinadən məlumatına görə, “FSB”nin bəyanatında belə deyilir:

“Ölkələrinin siyasi rəhbərliyi adından çıxış edən Ukrayna hərbi kəşfiyyatçıları pul və Aİ vətəndaşlığı vədləri ilə Rusiya hərbi pilotlarını Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hava limanlarına uçmağa razı salmağa çalışıblar. Federal Təhlükəsizlik Xidməti NATO xüsusi xidmət orqanlarının nəzarətində olan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiya Aviasiya Qüvvələrinə məxsus döyüş təyyarələrinin qaçırılması üzrə həyata keçirdiyi əməliyyatı aşkar edib və dayandırıb”.





up