Ərdoğan məşhur müğənni Ebru Gündeşə niyə zəng etdi? - SƏBƏB
25-07-2022, 00:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənətçi Ebru Gündeşə telefonla zəng edərək anası Müjgan Bilginin vəfatı ilə bağlı başsağlığı verib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Prezidentliyin Kommunikasiya Müdirliyi məlumat yayıb.

Qeyd edək ki, Ebru Gündeşin anası 73 yaşında koronavirusdan dünyasını dəyişib. Onun cənazəsi sabah Zincirlikuyu məscidində qılınacaq günorta namazından sonra Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq.





up