Amerika Birləşmiş Ştatları İstanbulda Rusiya və Ukrayna heyətlərinin iştiraki ilə imzalanacaq “Taxıl daşınması sazişi”ni alqışlayır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Bundan əlavə, ABŞ bu məsələdə Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin səylərini yüksək qiymətləndirdiyini açıqlayıb.