Təyyarə təcili eniş etməli oldu – ŞOK SƏBƏB
20-07-2022, 14:12

Meksikada təyyarə təcili eniş etməli olub.

AZİNFORM.AZ-ın xarici mediaya istinadən məlumatına görə, Meksikada daxili uçuş zamanı sərnişinlərdən biri tualetə gedərək intihara cəhd edib.

40 yaşlı kişi sərnişin təyyarənin tualetinə girdikdən sonra özünə xəsarət yetirib.

Hadisədən xəbər tutan pilot yaralı sərnişinin müalicəsi üçün təcili eniş etmək qərarına gəlib. 

Təyyarədə olan sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərilən sərnişin daha sonra xəstəxanaya aparılıb. 

Digər sərnişinlər başqa təyyarə ilə səyahətə davam ediblər.

Hadisə şahidləri bildiriblər ki, intihara cəhd edən sərnişin mobil telefonunu sındırıb və iti hissələrlə özünə xəsarət yetirib.





up