AZİNFORM.AZ xəbər verir ki, hadisə axşam saatlarında rayonun Atatürk Bulvarında baş verib. Fatih Ulusoyla Sefa Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddətdə davaya çevrilən hadisədə Fatih Ulusoy tapança ilə Dönmezə 5 atəş açıb. Xəstəxanaya aparılan Dönməzi həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Fatih Ulusoy əlindəki silahla polisə təslim olub. Polis qətllə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Sefa Dönmez Trabzonda məmur kimi çalışıb.