Ötən sutka ərzində Rusiya qüvvələri Xarkova raket zərbəsi endirib, həmçinin gün ərzində regionun bir sıra yaşayış məntəqələrini atəşə tutub.
AZİNFORM.AZ teleqraf.com-a xəbər verir ki, bu barədə Xarkov vilayətinin dövlət polisinin rabitə şöbəsi məlumat yayıb.
“Xarkov raket hücumuna məruz qalıb, nəticədə iki çoxmərtəbəli bina zədələnib. İvaşki, Koroboçkino, Malinovka, Elitnoye, Kalinovo, Peçeneqi qəsəbəsi, Çuqev şəhəri kəndləri düşmən zərbələrinə məruz qalıb. Yaşayış evləri və təsərrüfatlar dağıdılıb. İstintaq-əməliyyat qruplarının əməkdaşları və ekspertlər tərəfindən rayon ərazisində yaşayış evləri və digər obyektlərin dağıdılması ilə bağlı 20 fakt üzrə araşdırma aparılıb”, - məlumatda deyilir.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları hərbçilərlə birlikdə nəzarət-buraxılış məntəqələrində hər gün 1000-dən çox avtomobildə qanun pozuntusunu törədən şəxslərin müəyyən edilməsi üçün yoxlanılıb. İctimaiyyətdən alınan məlumatlar sayəsində 10 nəfərin rus işğalçıları ilə mümkün əməkdaşlığını yoxlamaq üçün polis şöbəsinə gətirilib.