Yaponiyanın baş naziri Abenin öldürülməsinin yeni TƏFƏRRÜATLARI məlum olub
17-07-2022, 12:28

İddialara görə, Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatili, 41 yaşlı Tetsuya Yamaqami hücumdan bir müddət əvvəl onun planlarına işarə edən məktub yazıb.

Yaponiyada yaşayan bir adam qətldən sonra poçt qutusunda Yamaqaminin ailəsinin maddi çöküşündə günahlandırdığı "Birləşmə Kilsəsi" dini təşkilatını tənqid edən mesajı tapdığını söylədi.

Zərfin üzərində göndərənin adı olmasa da, içərisində onun anası ilə Birlik Kilsəsi arasında bağlanmış müqavilə var idi ki, orada Yamaqaminin adı və ünvanı, digərləri də var idi. Mətndə Yamaqami Abeni günahkar hesab etmədiyini yazıb. Eyni zamanda o, etiraf edib ki, siyasətçi guya qatilin ailəsinin problemlərinin səbəbi hesab etdiyi dini təşkilata rəğbət bəsləyir, lenta.ru yazır.

Abeyə hücum iyulun 8-də səhər saatlarında məlum olub. Hadisə Yaponiyanın Nara şəhərində kampaniya zamanı baş verib. Yaponiya Özünümüdafiə Qüvvələrinin keçmiş dənizçisi Yamaqami siyasətçiyə arxadan yaxınlaşaraq onu ov tüfəngi ilə vurub.

Şinzo Abe iki dəfə Yaponiyanın baş naziri olub: 2006-2007 və 2012-2020-ci illərdə.


AZİNFORM.AZ





up