Azərbaycanı təhqir edən Qriqoryan məhkəmə zalında öldü - ANBAAN VİDEO
15-07-2022, 16:57

Prodüser Armen Qriqoryan ölüb.

AZİNFORM.AZ xəbər verir ki, Armen Qriqoryanın işi üzrə növbəti məhkəmə iclasında prodüser vəkili Ruben Melikyanın çıxışı zamanı huşunu itirib. Onu dərhal xəstəxanaya aparıblar. Həkimlər Armenin elə yerindəcə öldüyünü deyiblər.

Məlumat üçün bildirək ki, blogger Armen Qriqoryan 2 ay müddətinə həbs edilib.

Bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti Qriqoryanın vətəndaşların milli ləyaqətini açıq şəkildə alçaltdığına görə saxlandığını bildirmişdi.

Qeyd edək ki, Qriqoryan dəfələrlə müxtəlif resurslarda Azərbaycan əleyhinə sərt, təhqiramiz ifadələr işlədib.





up