ABŞ prezidenti Co Bayden cümə axşamı Rusiyanın Ukraynadakı müharibəsini Moskva üçün “strateji uğursuzluğa” çevirməyə çağırıb.
AZİNFORM.AZ xəbər verir ki, o, Qüdsdə İsrailin baş naziri Yair Lapidlə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“ABŞ Ukraynanı və Rusiya Federasiyasının zorakılığından əziyyət çəkən ukraynalıları dəstəkləməyə davam edəcək”, - deyə Bayden bildirib.
Amerika liderinin sözlərinə görə, Rusiya Federasiyasının Ukraynadakı hərəkətləri “sülh və sabitliyə çağırışdır”.
Baydenin iddia etdiyi kimi, Rusiyanın Ukraynada başlatdığı müharibə “strateji uğursuzluq olmalıdır və azad dünya ABŞ-ın Ukraynaya “demokratiyasını müdafiə etmək”də kömək etmək əzmini dəstəkləməlidir.