Vitse-prezident Fuat Oktay ilə Prezidentin Mədəniyyət və İncəsənət Siyasəti İdarə Heyətinin üzvü və Başçı müşaviri Hümeyra Şahin nişanlanıb. Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan cütlüyün nişan üzüklərini taxıblar.
AZİNFORM.AZ-ın məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın nişan üzüklərini taxan cütlük yaxın günlərdə toy edəcək.
Qeyd edək ki, 58 yaşlı Fuat Oktay evli olub. Onun bu evliliyindən 3 uşağı var.