“Mən prezident olsaydım, Ukraynadakı müharibənin qarşısını almaq olardı” - Tramp
10-07-2022, 21:51

ABŞ-ın keçmiş prezidenti Donal Tramp bəyan edib ki, 2020-ci ildəki seçkilərdə qalib gəlsəydi, Ukraynadakı müharibənin qarşısını almaq olardı.

“Biz Rusiyaya minlərlə insanı öldürməklə Ukraynanı viran qoymağa imkan verən ölkəyik. Və vəziyyət daha da pisləşəcək”, - deyə o, bildirib.

AZİNFORM.AZ xəbər verir ki, ABŞ-ın eks-prezidenti növbəti seçkilərdə namizədliyinin irəli sürülməsini istisna etməyib.





up