Ukraynanın birinci xanımı Alyona Zelenskaya fevralın 24-dən – Rusiyanın ölkəsinə qarşı işğalçı savaşının başladığı gündən bəri həyat yoldaşını, Prezident Vladimir Zelenskini cəmi bir neçə dəfə gördüyünü bildirib.
AZİNFORM.AZ xəbər verir ki, o, bu barədə TSN-ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, “telefon yeməyi” təşkil edirlər, amma bu, kifayət etmir. Birinci xanım və prezident təhlükəsizlik səbəbi ilə bir-birini görə bilmirlər.
“Hər kəs narahatdır: həm özü, həm də uşaqlar. Ünsiyyət çatışmazlığı var. Amma telefonla danışırıq, bunu hər gün edirik”, - Zelenskaya deyib.
O əlavə edib ki, uşaqların atası yanlarında ola bilmir. Amma ümid edir ki, onların psixologiyaları baş verənlərə tab gətirə biləcək və müharibə səbəbindən ciddi nəticələr olmayacaq.
“Oğlana oynamağa, qucağında oturmağa ata lazımdır. Qız öz işləri və gələcək üçün planları haqda danışmalıdır. Təəssüf ki, indi bu belə deyil. Ümid edirik ki, onlar bu dövrü psixologiyalarında dəyişiklik olmadan yaşayacaqlar”, - Ukraynanın birinci xanımı söyləyib. /teleqraf.com/
AZİNFORM.AZ