Rusiya prezidenti Vladimir Putin və keçmiş gimnast sevgilisi Alina Kabayeva haqqındakı iddialar ölkədə gündəm olub.
AZİNFORM.AZ-ın məlumatına görə, Kabayevanın hamilə olduğu və hətta körpənin cinsiyyətinin də məlum olduğu iddia edilib.
Kremldəki mənbələr cütlüyün qız övladı gözlədiyini irəli sürüb.
Kreml səlahiyyətliləri tərəfindən idarə olunan “General SVR” adlı teleqram hesabından paylaşılan iddiaya görə, Kabayeva qız övladına hamilədir. Lakin qərb mediası iki yetkin qızı olan Putinin bu vəziyyətdən çox narahat olduğunu iddia edib.
Sosial mediada yayılan iddialara Kremldən heç bir cavab verilməyib. /manşet.az/
AZİNFORM.AZ