Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.
Rişi Sunak bildirib ki, ictimaiyyət haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi şəkildə idarə olunmasını gözləyir: “Mən başa düşürəm ki, bu, mənim son nazir vəzifəm ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm” – deyə o, bildirib.
Səhiyyə naziri Sacid Cavid isə Baş Nazirə ünvanladığı məktubunda deyib: “Böyük təəssüf hissi ilə deməliyəm ki, mən artıq vicdanımla bu hökumətdə xidmətə davam edə bilmərəm. Mən instinktiv olaraq komanda oyunçusuyam, lakin Britaniya xalqı da haqlı olaraq hökumətdən dürüstlük gözləyir”.
AZİNFORM.AZ