İrana səyahət etməyin - Fransa XƏBƏRDARLIQ ETDİ
5-07-2022, 17:17

Səyahət xəritəsində bütün İran ərazisi qırmızı rənglə göstərilib. Buna görə də rəsmi olaraq Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlara səbəb nə olursa olsun İrana getmələri tövsiyə olunur. 

AZİNFORM.AZ xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi İranın səyahət məsləhət xəritəsində “qırmızı” siyahıda olduğunu açıqlayıb.

Nazirlikdən verilən açıqlamada, hazırda İranda olan fransız və ikili vətəndaşlığı olan şəxslərə ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaq, zərurət yarandıqda hər cür görüşdən çəkinmələri və Fransa səfirliyinə özlərini təqdim etmələri şiddətlə tövsiyə olunur, ifadələri yer alıb.

Açıqlamada, səbəb nə olursa olsun, İrana səfər etmək formal olaraq məqsədəuyğun deyil.





up