Putin Rəisi ilə görüşdü
29-06-2022, 22:06

Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hər iki ölkə liderləri müntəzəm olaraq təmasdadırlar, həmçinin çoxtərəfli görüşlərdə çıxış edirlər.

Prezidentlərin bundan əvvəlki təkbətək görüşü yanvarın 19-da Kremldə baş tutub.

Ötən aylarda liderlər bir neçə dəfə telefonla da danışıblar və Ukraynadakı vəziyyəti müzakirə ediblər, regional sabitlik mövzularına toxunublar və ikitərəfli münasibətlərin gələcək inkişafının tərəfdarı olduqlarını bildiriblər.





up