Bill Qeyts şahzadə ilə 170 milyona saray aldı
29-06-2022, 19:05

"Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts Səudiyyə kralının qardaşı oğlu, şahzadə Əl-Valid bin Talal Al Səudla birgə yeni layihəyə imza atacaq.

AZİNFORM.AZ xəbər verir ki, onlar Romada altıulduzlu hotel istifadəyə verəcəklər. Hotel Piazza San Silvestro meydanında 17-ci əsrə aid bina Palazzo Marinidə yerləşəcək. Layihə Qeytsə məxsusdur. Sözügedən binanı almaq onlara 170 milyon dollara başa gələcək. Artıq ilkin ödəniş olaraq məbləğin 21 milyonu ödənilib.

Qeyts malikanəni "Four Seasons" hotelinə çevirmək üçün əlavə 120 milyon dollar xərcləməyi planlaşdırır. 1650-ci ildə məşhur memar və heykəltəraş Covanni Lorenzo Bernini tərəfindən inşa edilən saray 100 otaqlı lüks hotelə çevriləcək.

Qeyd edək ki, Qeytsin mehmanxanalar şəbəkəsində hazırda dünyanın 47 ölkəsində 122 otel və istirahət mərkəzi, 48 yaşayış obyekti var. 50 yeni layihə isə hazırlanır.





up