Aktyora 301 milyon dollarlıq təklif
29-06-2022, 02:01

Hollivud ulduzu Conni Depp pərəstişkarlarını sevindirməyə hazırlaşır.

AZİNFORM.AZ xəbər verir ki, 2018-ci ildə ekran işindən uzaqlaşdırılan aktyor məhkəmədə keçmiş həyat yoldaşı Ember Hördə qalib gəldikdən sonra "Karib dənizinin quldurları" filminin növbəti bölümündə və "Cek Sərçə" obrazının gənclik illəri haqda çəkiləcək serial üçün artıq danışıqlara başlayıb.

Aktyor layihələrdə rol almağa razılaşarsa, 301 milyon dollar (təxminən 511 milyon 700 min manat) qonorar alacaq.





up