Bu gün vəfat edən ƏFSANƏVİ AKTYORUN vəsiyyəti açıqlandı - VİDEO
28-06-2022, 17:40

Türk kinosunun əfsanəsi Cüneyt Arkın 85 yaşında vəfat edib.

Türk kinosunun əfsanəvi simalarından olan Cüneyt Arkın dünən axşam saatlarında evində halı pisləşərək xəstəxanaya aparılıb. Bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

AZİNFORM.AZ-ən məlumatına görə, ölümündən sonra aktyorun vəsiyyəti ortaya çıxıb.

Cüneyt Arkın daha əvvəl Bilal Özcanın “Laf aramızda” proqramında iştirak etmiş və söhbət zamanı qazandığı pulla heç vaxt sərmayə etmədiyini demişdi: “Pulun, şöhrətin qədrini bilmədik. Uzun ömür yaşasam, səfalət içində qala bilərəm, ölə bilərəm”.

Atlara xüsusi marağı ilə tanınan Cüneyt Arkın proqramda vəsiyyətini açıqlayıb:

“Atım Həsrətimin yanında dəfn olunmaq istədim. Amma sonra səhv başa düşüləcəyindən qorxdum. “Məni valideynlərimin yanında dəfn edin”, dedim”.

AZİNFORM.AZ





up