Ukraynada içərisində 1000 nəfər olan ticarət mərkəzi vuruldu - VİDEO
27-06-2022, 22:16

Rusiya ordusu Ukraynanın Kremençuq şəhərindəki ticarət mərkəzini raketlə vurub. Həmin an binada mindən çox insan olub.
AZİNFORM.AZ xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
İşğalçılar mindən çox dinc sakinin olduğu ticarət mərkəzinə raket zərbələri endirib. Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürür, qurbanların sayını təsəvvür etmək mümkün deyil”, - Zelenski yazıb.
O, bu obyektin Rusiya ordusu üçün heç bir təhlükə və strateji əhəmiyyət daşımadığını vurğulayıb.
Rusiya gücsüzlüyünü sadə vətəndaşların üzərinə qoymaqda davam edir. Onun tərəfində adekvatlıq və insanlıq ümid etmək əbəsdir.


AZİNFORM.AZ



up