Marneulidə azərbaycanlıların yaşadığı ərazidə binanın eyvanı uçdu - Ölən var
26-06-2022, 23:50

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.

AZİNFORM.AZ apa-ya istinadən xəbər verir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.

Nəticədə 1 nəfər ölüb, daha bir neçə nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.





up