DİGƏR XƏBƏRLƏR
“Ukraynadakı vəziyyətlə əlaqədar Moldovanın ərzaq təhlükəsizliyi təhdid altındadır”.
AZİNFORM.AZ xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu bildirib.
Dövlət başçısı ərzaq məhsullarının baha olmasını buna nümunə kimi göstərib.
"Dünyanın ən iri taxıl tədarükçülərindən olan Ukrayna ixracatla məşğul ola bilmədiyi üçün dünya bazarında qiymətlər kəskin bahalaşıb. Taxılın qiymətinin bahalaşması avtomatik olaraq başqa qida məhsullarının da qiymətinn artmasına təsir göstərir. Biz Ukraynaya dəmiryolu, Curculeşta limanı vasitəsilə əlimizdən gələn yardımı edirik" - M.Sandu qeyd edib.