Cinsi təcavüzdə günahlandırılan 84 yaşlı aktyora görün hansı cəza verildi
23-06-2022, 04:03

Məşhur amerikalı aktyor və komediya ustası Bill Kosbinin mühakimə olunduğu məhkəmə işinə qərar verilib.
AZİNFORM.AZ xəbər verir ki, araşdırmalarla Kosbinin 16 yaşlı Cudi Hutha cinsi təcavüz etdiyi ortaya çıxıb.
Adı çəkilən şəxs ilk dəfə 2014-cü ildə cinsi təcavüzün emosional sıxıntıya səbəb olduğunu iddia edərək məhkəməyə müraciət edib.
Los-Anceles məhkəməsində səkkiz qadın və dörd kişidən ibarət münsiflər heyəti Hutha 1975-ci ildə baş vermiş hadisəyə görə 500 min dollar təzminat ödənilməsinə qərar verilib.
Amma məşhur aktyor bu iddiaları rədd edib. Qeyd edək ki, 84 yaşlı Kosbi səksəninci illərdə amerikalıların məşhur serialı olan Kosbi Ailəsi ilə məşhur olanda "Amerikalıların Atası" kimi tanınırdı.




up