Bağına girən timsahı tava ilə qovdu - ŞOK VİDEO
22-06-2022, 15:45

Avstraliyanın Şimal ərazisindəki Keçi adasında Timsah gecə klubunun bağçasına girib.

AZİNFORM.AZ xəbər verir ki, timsahı görən gecə klubu sahibi Kay Hansen dərhal müdaxilə edərək, əlindəki tava ilə uzunluğu təxminən 2 metr yarım olan timsahı qorxmadan bağçasından qovub.

Timsahın əvvəlcə yavaş hərəkətlərlə bağçaya girdiyini, sonra isə aqressiv davranmağa başladığını deyən Hansen, “Bunun gündəlik bir hadisə olduğunu deyə bilmərəm. Amma bacardığım qədər təhlükəsiz qalmalıyam. "Heç kim zərər görmədi və timsah yaxşı dərs aldı" dedi.

Hansen bildirib ki, Pippa adlı iti 2018-ci ildə timsah tərəfindən öldürülüb.

AZİNFORM.AZ





up