DİGƏR XƏBƏRLƏR
Almaniyanın keçmiş kansleri Angela Merkel hesab edir ki, onun federal hökumətin başçısı vəzifəsindən getməsi Putinin fevralın 24-də Ukraynaya hücum qərarına təsir göstərib.
AZİNFORM.AZ xəbər verir ki, o, bu sözləri RND-yə müsahibəsində deyib.
"Ola bilsin ki, mənim istefam, Fransadakı seçkilər, NATO qoşunlarının Əfqanıstandan çıxarılması və Minsk razılaşmalarının yerinə yetirilməməsi Putinin əlini qolunu açıb", - Merkel bildirib.
O, səlahiyyətlərinin son ilində münaqişələrin həlli istiqamətində cəhdlərinin uğursuzluğa düçar olduğunu etiraf edib.
Keçmiş kansler Ukrayna ilə Rusiya arasında düşmənçilik məsələsinin həllində yenidən vasitəçi ola biləcəyini istisna etməyib.