Dünyanı ŞOKA salan AÇIQLAMA - 4 günlük yanacaq qaldı
17-06-2022, 15:49

Şri-Lankanın energetika naziri Kançana Vicisekera ölkədəki iqtisadi böhranla bağlı açıqlama verib.


AZİNFORM.AZ-ın xarici mediaya istinadən məlumatına görə, Vicisekera iqtisadi böhran səbəbilə 4 günlük yanacaq ehtiyatlarının qaldığını açıqlayıb.

O, Şri Lankanın tədarükçülərə 725 milyon dollar gecikmiş ödənişi edə bilmədiyini ifadə edərək, “Forex problemlərimizə görə yanacaq təchizatında çətinlik çəkirik. Biz çalışırıq ki, cari dizel və benzin ehtiyatları iyunun 21-dək kifayət etsin. Bununla belə, tələbatı ödəməkdə çətinlik çəkirik və qeyri-vacib səyahət və yanacaq ehtiyaclarını azaltmasaq, ehtiyatlar daha tez tükənə bilər. Yaxın 3 gündə bir, 8 gündə isə daha 2 neft daşınmasını gözləyirik. Şri Lankanı tədarük etməklə bağlı yanacaq idxalı variantlarını müzakirə etmək üçün Rusiya da daxil olmaqla bir neçə ölkə ilə əlaqə saxladıq” deyib.





up