Baku TV əməkdaşı Ukraynadan xəbər verir: Azərbaycanlı hərbçi yaralanıb - VİDEO
17-06-2022, 12:27

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Donetsk, Luqansk və Nikolayev vilayətlərində şiddətli döyüşlər davam edir.

Qeyd edilib ki, Luqanskın Lisiçansk şəhərində azərbaycanlı hərbçi yaralanıb. Onun kimliyi hələ ki məlum deyil.

O da bildirilib ki, Ukrayna ordusu Donetskin Slavyansk rayonunun bir neçə kəndini işğaldan azad edib.

Ətraflı videonu təqdim edirik: AZİNFORM.AZ





up