Ərlə arvadın 24 illik sirri
16-06-2022, 00:13

Belçikalı ər-arvad 24 illik sirlərini nəhayət açıblar.

AZİNFORM.AZ xəbər verir ki, ailə 1998-ci ildə lotereyada 20 milyon franklıq cek pot qazanıb (indiki ekvivalentlə 1 milyon AZN). Lakin ər-arvad söz veriblər: bu barədə heç kimə 1 kəlmə belə danışılmayacaq. Hətta uşaqlara da.

Bu günlərdə isə ailə məsələni uşaqlarına danışıb və vəsaiti 2 uşağın arasında bölüblər. Onlar da vəsaitlə biznes qurmağa qərar veriblər.

Jurnalistin, 24 il niyə məsələni gizləmisiniz sualına ailə başçısının cavabı belə olub: "hamı düşünür ki lotereyadan gələn gəlir göydəndüşmə puldur. Bütün tanışlar gəlib istəyəcəkdi". 





up