DİGƏR XƏBƏRLƏR
Hindistanın Cammu və Kəşmir bölgəsində bəbir 3 uşağı öldürüb.
AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə “İndependent” qəzeti məlumat yayıb.
Göstəriş dünən Bernate kəndindən olan 12 yaşlı qızın meşədə ölü tapılmasından sonra verilib.
Bildirilib ki, həftə sonu Boniyar və Kalsan kəndlərinin meşəlik ərazilərində cəsədləri tapılan 13 və 15 yaşlı iki uşağı da bəbir öldürüb.
Rəsmilər insanlara ayıq olmağa və heyvan zərərsizləşdirilənə qədər uşaqların meşəlik ərazilərə girməsinə icazə verməməyə çağırıb.