Türkiyə müharibənin uzadılmasına icazə verməyəcək - Çavuşoğlu
14-06-2022, 16:41

Türkiyə bu gün dünyanın hər yerində olmalıdır.

AZİNFORM.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Bunun üçün birlikdə işləyəcəyimiz qüvvələr lazımdır. Bəzi ölkələr Ukraynada müharibənin uzadılmasını istəyir. Niyəsini soruşduqda, Rusiyanın zəifləməsini istədiklərini deyirlər. Bunun nəticələrini qardaş Ukrayna xalqı ödəyir. Biz Türkiyə olaraq bir araya gətiririk, amma bəziləri onları yenidən müharibəyə sürükləyir. Bunun isə səbələri var. Amma Türkiyə buna icazə verməyəcək. Türkiyə həmin ölkələrin ümidi olacaq”,- XİN rəhbəri bugünkü çıxışında vurğulayıb.





up