Ukraynanın NATO-dan tələbləri
14-06-2022, 00:46

  Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiya ilə müharibəni dayandırmaq üçün ağır silahlara ehtiyac duyduqlarını bəyan edib.

  M.Podolyak “twitter” hesabından yazıb: “Açığını deyim ki, müharibəni bitirmək və Rusiyanı Ukraynadan qovmaq üçün bizə 155 mm çaplı 1000 haubitsa, 500 tank, 300 reaktiv yaylım atəşi sistemi, 2000 zirehli texnika və 1000 pilotsuz uçuş aparatı (PUA) lazımdır.

  Ukrayna bu məsələ ilə bağlı iyunun 15-də keçiriləcək NATO müdafiə nazirlərinin toplantısından qərar gözləyir”.

AZİNFORM.AZ





up