Bayden: “Putin müstəqil Ukrayna mədəniyyətini məhv etmək istəyir”
12-06-2022, 13:48

“Rusiya prezidenti Vladimir Putin təkcə Ukraynanı işğal etməyib. O, müstəqil Ukrayna mədəniyyətini məhv etmək istəyir, çünki onun sadəcə mövcud olmadığını düşünür”.

AZİNFORM.AZ xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden brifinq zamanı deyib.

“Görün nə edir. O, qalan hər şeyi yer üzündən silir. Onların bütün mədəniyyət ocaqlarını, muzeylərini, məktəblərini, görməli yerlərini viran qoyur”, - deyə Bayden bildirib.

Amerika lideri qeyd edib ki, kənarda dayanıb Ukraynanı dəstəkləməmək mövqeyi qəbuledilməzdir:

“Bu isə o deməkdir ki, Qərb iqtisadi problemlərə baxmayaraq, Ukraynaya yardımı davam etdirəcək”.

“Bizim dayanıb bunun baş verməsinə icazə verə biləcəyimiz ideyası sadəcə mümkün deyil. Və buna görə də biz NATO-nu gücləndirmişik və Ukraynaya kömək edirik”, - Bayden əlavə edib.





up