Kanada və Danimarka Kennedi boğazında yerləşən Hans adası ilə bağlı 1973-cü ildən bəri davam edən mübahisəni həll edib.
AZİNFORM.AZ xəbər verir ki, ərazi mübahisəsi adanın Kanadanın Nunavut rayonu və Danimarkanın tərkibində muxtar vahid olan Qrenlandiya arasında bölünməsi yolu ilə həll olunacaq. Adının çəkilməsini istəməyən mənbənin məlumatına görə, ölkələr bu qərarı iyunun 14-də elan edəcəklər.