Braziliyanın Rio de Janeyro şəhərində dünyanın ən məşhur və ən böyük festivalı olan "Rio Karnavalı" keçirilib.
AZİNFORM.AZ-ın məlumatına görə, xristianlıqda orucluqdan əvvəl təşkil olunan bu karnavalda parad zamanı samba məktəbləri və milyonlarla insan iştirak edir.
Təşkilatçılar hər dəfə fərqli konseptlər təqdim etmək üçün bütün il ərzində hazırlaşırlar.
Festivalda hazırlanan hər dizayn bir məqsəd və mesaj daşıyır: azadlıq, din, çirklənmə, qadın hüquqları, iqlim böhranı və s. /sonxeber.az/
Türkiyəli səyahət blogeri karnavaldan video hazırlayıb. Həmin görüntüləri təqdim edirik: