1708-ci ildə dənizin dibinə batan “San Jose” gəmisindən xəzinə ovçuları tərəfindən tonlarla qızıl tapılıb.
AZİNFORM.AZ-ın məlumatına görə, 300 il əvvəl Karib dənizində İspan gəmiləri ilə Britaniya gəmiləri üz-üzə gəlib.
İki tərəfin donanması arasında baş verən qarşıdurmada İspaniyanın San Xose gəmisi batıb.
Gəmi 1708-ci ildə batarkən Amerika qitəsindəki xəzinələri Avropaya daşıyırdı.
Tarixin ən böyük gəmisi olan San Xosedə mütəxəssislərin fikrincə, qızıl və qiymətli metalların dəyərinin 18 milyard dollar olduğu təxmin edilir.