ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Nyu-Yorkun Cənub Dairə Məhkəməsi rusiyalı oliqarx Roman Abramoviçə məxsus ABŞ istehsalı olan 2 təyyarənin ələ keçirilməsinə icazə verib.
AZİNFORM.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 2 təyyarənin ümumi dəyəri 400 milyon dollardan artıq olduğu bildirilib.
Məhkəmə Roman Abramoviçə məxsus ABŞ istehsalı olan təyyarələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozaraq xarici ölkədən Rusiyaya icazəsiz uçduqlarını əsas gətirib.