83 yaşlı yaponiyalı Sakit okeanı təkbaşına üzərək keçdi - VİDEO
5-06-2022, 20:11

83 yaşlı yapon macəraçı Kenişi Hori Sakit Okean üzərində təkbaşına dayanmadan səyahət edən dünyanın ən yaşlı insanı olub.

Məlumata görə, ona Yer kürəsinin ən böyük okeanını keçmək üçün iki ay lazım olub.

Təşkilatçılar bildiriblər ki, təkbaşına və dayanmadan Sakit Okeanı keçərək şənbə günü Yaponiyaya gələn 83 yaşlı yapon dənizçi bu uğura imza atan ən yaşlı insan olub.

İyunun 4-də yerli vaxtla saat 2:39-da macəraçı Yaponiyanın qərbindəki Kii yarımadasının sahil sularına daxil olub.

AZİNFORM.AZ





up