ABŞ-ın Virciniya ştatında məzun gecəsində atışma olub.
Bu barədəAZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Çesterdə məzuniyyət gecəsində 20 yaşlı gənc öldürülüb, daha 7 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Polis bildirib ki, 2 nəfər hücumdan qaçarkən avtomobilin vurması nəticəsində yaralanıb, yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
AZİNFORM.AZ