"Putinlə əlaqə saxlamayın" - Zelenski
4-06-2022, 18:18

Ukrayna Prezidenti Vladimir Zelenski Amerika şəhərlərini Rusiya şəhərləri ilə qardaşlığı pozmağa çağırıb.

AZİNFORM.AZ xəbər verir ki, bu haqda Zelenski ABŞ Merlərinin 90-cı illik Konfransının iştirakçılarına videomüraciət zamanı deyib.

"Biz - ukraynalılar və amerikalılar - tiraniyanın təhlükəsini eyni şəkildə başa düşürük. Dünya müxtəlif tiranlıqlar görüb... Və onların hamısını sadə insanların hüquq və azadlıqlarına xor baxması birləşdirir. Tiranlar yerli özünüidarənin hüquq və azadlıqlarını tanımırlar. Və adətən şəhərlərdə azad insanlar buna baxmayaraq azadlığı seçərək tiranların tarixinə son qoyurlar.

Və buna son qoymaq üçün tiranların azad dünya ilə əlaqələrdən istifadə etməsinə icazə verməməlisən. Heç bir əlaqə olmamalıdır", - Zelenski deyib

Zelenski xatırladıb ki, onlarla Amerika şəhəri hələ də Rusiya şəhərləri ilə qondarma qardaşlaşmanı davam etdirir. Xüsusilə Moskva ilə Çikaqo, Murmansk ilə Ceksonvil, Vladivostokla San Dieqo. Onun sözlərinə görə, ABŞ-ın bu əlaqələri heç nə vermir, lakin onlar Rusiyaya böyük müharibə başlayandan sonra da təcrid olunmadığını deməyə imkan verir.

Prezident xatırladıb ki, Rusiya Ukraynanın bütöv şəhərlərini vəhşicəsinə məhv edir - müharibənin 100 günü ərzində ruslar dinc yaşayış məntəqələrinə demək olar ki, 2,5 min müxtəlif raket zərbələri endiriblər.

Zelenski qeyd edib ki, ən ölümcül Rusiya raketlərindən bəziləri hələ də San-Xose şəhəri ilə qardaşlaşmış Yekaterinburqda hazırlanıb istehsal olunub.
Buçada vəhşiliklər törədən rus briqadalarından biri də Rusiyanın Xabarovsk diyarından olan briqada idi. Onun paytaxtı Xabarovsk şəhəri hələ də Amerika Portlendi ilə qardaşlaşır.

Zelenski Ukraynanın azadlığını qoruya biləcəyinə və tiraniyanın mütləq məğlub olacağına əmin olduğunu bildirib.

"Rusiyaya daha da təzyiq göstərmək üçün çağırış edin. Onun özünə haqq qazandırmasına kömək etməyin. Onunla əlaqə saxlamayın. Və xahiş edirəm, qatil olanların sizə qardaş deməsinə imkan verməyin.

Ukraynaya kömək edin. Daha çox kömək edin. Şəhərlərimizin, hücum edənlərdən azad edilmiş icmalarımızın bərpasında iştirak edin", - deyə Zelenski yekunlaşdırıb. /milli.az/





up