Şok iddia: Batya Ukraynaya hücum əmri verdi, amma...
4-06-2022, 18:08

Belarus Prezidenti Aleksandr Lukaşenko orduya Ukraynaya hücum əmri vermişdi.

AZİNFORM.AZ axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.

“Bizdə sübutlar var. Rejim Ukraynaya hücum əmri vermişdi. Lakin yüksək çinli zabitlər anladılar ki, Belarus əsgərinin əhval-ruhiyyəsi aşağıdır və Rusiya qoşunları ilə birləşərək hücum etmək istəmir. Ona görə də bu əmr icra edilmədi”, - deyə Tixanovskaya bildirib.





up