İngiltərədə 986 at gücünə malik olan SF90 Stradale Ferrari ağır qəzaya düşüb. Sürücü hadisə yerindən qaçıb.
Ən güclü yol avtomobili sayılan sürətli Ferrari Böyük Britaniyanın Birmingem yaxınlığındakı Halesoven şəhərində qəzaya düşüb. Ferrari küçənin kənarında dayanmış beş avtomobilə çırpılandan sonra sürücü hadisə yerindən qaçıb.
Videoda sürücünün qapını aça bilmədiyi, pəncərədən çıxaraq qaçdığı görünür.
AZİNFORM.AZ