ABŞ-da qeyri-adi hadisə - 10 yaşlı şagird məktəbliləri hədələdi
30-05-2022, 09:09

ABŞ günlərdir Texas ştatından gələn hücum xəbəri ilə bağlı təşviş içindədir.
 
AZİNFORM.AZ xəbər verir ki, Texas ştatının Uvalde şəhərində yerləşən Robb İbtidai Məktəbi dəhşətli hücuma məruz qalıb və 19-u şagird olmaqla 21 nəfər həyatını itirib.
 
Ölkə hələ də bu hücumun yaralarını sağaltmağa çalışarkən, Floridadan ağılları uçuran xəbərlər gəlib. Fox News-in verdiyi  xəbərə görə, Daniel Markes adlı 10 yaşlı şagird orta məktəbdə kütləvi qətllə bağlı hədə-qorxu məzmunlu mesaj göndərib.
 
Daha sonra polis 10 yaşlı şagirdi saxlayıb.




up