Türkiyədə xəstəxanalar istisna olmaqla, digər yerlərdə qoruyucu maska taxmaq artıq məcburi deyil.
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
"Üçüncü gündür ki, gündəlik yoluxma sayı 1 000-dən azdır. İstənilən halda ictimai nəqliyyatda qoruyucu maska taxmaya bilərik. Xəstəxanalar istisna olmaqla, maska taxmaq məcburi deyil. Lakin ictimai nəqliyyatda və insanların sıx toplaşdığı yerlərdə maskaların sizinlə olması daha yaxşıdır”, - nazir tviter səhifəsində yazıb.
Qeyd edək ki, son sutka ərzində Türkiyədə koronavirusa 864 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb. /report/
AZİNFORM.AZ