İstanbulun Esenyurt rayonunda toy etmək istəyən şəxslərlər polis arasında dava düşüb.
AZİNFORM.AZ xəbər verir ki, İstanbulun Esenyurt şəhərində küçəni bağlayıb toy etmək istəyən ailə ilə məhəllə sakinləri arasında dava düşüb. Hadisə yerinə gələn polis qruplaşmanı dağıtmaq üçün havaya atəş açıb.
Mobil telefonla lentə alınan həmin anlarda iki nəfərin polisə yumruq ataraq hücum etdiyi görünür.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
AZİNFORM.AZ