6 rayon bir-birinə yeraltı bağlıdır - VİDEO
15-11-2023, 20:57

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu X platformasındakı paylaşımı ilə İstanbullulara müjdə verib. 
AZİNFORM.AZ xəbər verir ki, İSKİ-nin yeni layihəsini sosial media hesabında paylaşan İmamoğlu, 26 km tullantı suyu, 28 km yağış suyu kollektoru və 1000 metr dərə abadlaşdırılacağını açıqladı.
Keçmişdə leysan yağışlar və çatışmayan infrastruktur səbəbiylə illərdir daşqınlarla mübarizə aparan Eyüpsultan, Sultanqazi, Qaziosmanpaşa, Esenler, Bayrampaşa və Zeytinburnu rayonları yeni layihə ilə bu problemdən xilas olacaq.
İSKİ Yenikapı hövzəsində 26 km çirkab su kollektoru, 28 km yağış suyu kollektoru və 1000 metr çayın yaxşılaşdırılması ilə ətraf mühit layihələri həyata keçirir. Bu yeni layihə ilə 570 milyon lirəlik investisiya ilə daşqın problemləri qalıcı şəkildə həll ediləcək.
Mərmərə dənizinə qarışan tullantı suları Yenikapı tullantı sularının təmizləyici qurğusunda toplanacaq. Bu layihə ilə çirkab suların və daşqınların yaratdığı ətraf mühitin çirklənməsinin qarşısı alınacaq.
AZİNFORM.AZ




up